Gürcüstan azərbaycanlıları susuzluqdan əziyyət çəkirlər

7 İyul 2020 11:23 (UTC+04:00)

Kəndin içməli su problemi illərdir həll olunmur.

“Mtavari arxi” telekanalının məlumatına görə, bu gün kənddə etiraz aksiyası keçirilib. Sakinlər bildiriblər ki, Muğanlı kəndi seçkidən seçkiyə yada düşür. Yerli hakimiyyət orqanları problemin aradan qaldırılacağına söz versələr də, məsələ həll olunmamış qalır. Kəndin texniki su ilə təminatında da fasilələr yaranıb.

Aidiyyəti qurumun nümayəndəsi məsələnin yaxın günlərdə həll olunacağını söz verib. Lakin Muğanlı sakinləri növbəti vədin yerinə yetiriləcəyinə inanmadıqlarını bildiriblər.

Su problemi ilə bağlı Marneulinin Təzəkənd kəndinin sakinləri də aksiya keçiriblər. Onlar su kanalının təmizlənməsini tələb ediblər. Kanal tullantılarla çirkləndiyindən suvarma işlərinin həyata keçirilməsində çətinliklər yaranıb. (Report)

AzNews.az