YAP-çı deputat xalq artisti Siyavuş Aslana baş çəkdi

31 May 2013 15:36 (UTC+04:00)
Hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Aydın Mirzəzadə bu gün xəstəxanada yatan xalq artisti Siyavuş Aslana baş çəkib.

AzNews.az-ın məlumatına görə, Klinik Tibbi Mərkəzdə xalq artisti ilə yanaşı onun oğlu Çingiz Aslanla da görüşüb. Deputat deyib ki, S.Aslanın keçirdiyi ağır xəstəliklərə görə indi vəziyyəti yaxşıdır, müalicəsi intensiv surətdə gedir, daima təcrübəli həkim nəzarətindədir: "Oğlu atasının sağlamlıq durumundan narazılığı yox idi, tibbi mərkəzin kollektivindən razılıq etdi, bütün müalicənin mərkəz hesabına olduğunu bildirdi".

Deputat xalq artistinə Allahdan şəfa diləyib.

Anar
AzNews.az