Bu ölkədə "TikTok" qadağan oluna bilər

7 İyul 2020 11:30 (UTC+04:00)

ABŞ ölkə ərazisində Çin istehsalı olan “TikTok” tətbiqinin istifadəsinə qadağa qoyulması imkanlarını nəzərdən keçirir.

AzNews.az xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Mayk Pompeo deyib.

O, ABŞ-ın məsələyə çox ciddi yanaşdığını bildirib.

Tətbiqdən istifadəni tövsiyə edib-etməməklə bağlı suala M. Pompeo belə cavab verib:

“Şəxsi məlumatlarınızın Çin Kommunist Partiyasının əlinə keçməsini istəyirsinizsə, istifadə edin”.

Pərvanə