Ötən gün 12 erməni ölüb

7 İyul 2020 11:45 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 29 285 nəfərə çatıb.

Erməni KİV-lərinin yaydığı məlumata görə, son sutka ərzində 349 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 12 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 503 nəfər koronavirusdan ölüb, 16 907 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.

AzNews.az