Nazirlik 190 milyard dollarlıq dəstək paketi hazırlayır - Çində

7 İyul 2020 13:15 (UTC+04:00)

Çinin Maliyyə Nazirliyi yeni dəstək paketi hazırlayır.

AzNews.az xəbər verir ki, hazırlanan 1 trilyon 260 milyard yuanlıq (təxminən 190 milyard dollar) paket vasitəsilə yerli hakimiyyət orqanlarının dəstəklənməsi nəzərdə tutulur.

Xatırladaq ki, Çin hökuməti may ayının sonlarında da yerli hakimiyyət orqanları üçün 3.75 trilyon yuanlıq dəstək paketi hazırlamışdı.

Pərvanə