Kürdə batan var

7 İyul 2020 18:21 (UTC+04:00)

Kür çayının Kürdəmir rayonu, Mollakənd kəndi ərazisindən keçən hissəsində 1 nəfər batıb.

AzNews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olub.

Axtarışlara FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Çayda batan şəxsin kimliyi dəqiqləşdirilir.