Əsgəri ələ salan şəxs həbs edildi

7 İyul 2020 19:48 (UTC+04:00)

Qaradağ rayonu Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq, hörmətsizlik nümayiş etdirən şəxslə bağlı məhkəmə qərar verib.

AzNews.az-ın məlumatına görə, Qaradağ rayon məhkəməsi bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev barəsində 30 sutka inzibati həbs qərarı çıxarıb.

Məlumat Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən təsdiqlənib.