Türkiyədə koronavirusla bağlı son vəziyyət

7 İyul 2020 22:29 (UTC+04:00)

Türkiyədə son sutka ərzində daha 19 nəfər koronavirusdan dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, 1053 nəfərdə isə virus aşkarlanıb. Bununla da ölkədə Covid-19 qurbanlarının sayı 5260, yoluxanların sayı 207 897 nəfər olub. Müalicəsini başa vuran 2297 xəstə evə buraxılıb.

İndiyədək 185 min 292 nəfər koronavirusa qalib gəlib.