Çilidə koronavirusa yoluxanların sayı 300 mini ötdü

7 İyul 2020 23:56 (UTC+04:00)

Çilidə son sutka ərzində 2,4 min nəfər koronavirus infeksiyasına yoluxub.

AzNews.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ümumilikdə ölkədə “COVID-19”a 301 mindən çox insan yoluxub, 6 mindən çox pasiyent isə bu virusun qurbanı olub.