"Arsenal" "Lester"la heç-heçə etdi

8 İyul 2020 09:00 (UTC+04:00)

Futbol üzrə İngiltərə çempionatının 34-ü turunda "Arsenal" klubunun futbolçuları "Lester" komandası ilə oyunu 1:1 hesabı ilə başa vurdular.

AzNews.az-ın məlumatına görə, meydança sahibi olan "Arsenal" tərəfindən qolu Pyer-Emerik Obameyanq (21-ci dəqiqə) vurub, qarşı tərəfdən fərqlənən isə Ceymi Vardi (84-cü dəqiqə) olub.

Matçın 75-ci dəqiqəsində qeyd edilən vaxtdan dörd dəqiqə qabaq meydançaya çıxan "Arsenal"ın hücumçusu Edvard Nketia kobud oyuna görə oyundan xaric edilib.

Turnir cədvəlində "Arsenal" 50 xalla 7-ci pillədə, "Lester" isə 59 xalla 4-cü yerdədi.

Növbəti turda iyulun 12-də "Arsenal" qarşı tərəfin meydançasında "Tottemxem"lə, "Lester" isə qonaq olaraq "Bornmut"la görüşəcəklər.