ABŞ Ümumdünya Səhiyyə Təşkilatından çıxır

8 İyul 2020 09:15 (UTC+04:00)

Amerika Birləşmiş Ştatları (ABŞ) Birləşmiş Mİllətlər Təşkilatının (BMT) Baş katibinə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmaq barədə bildiriş göndərib.

Məlumata görə, bu barədə baş katibin nümayəndəsi Stefan Düjarik xəbər verib.

Qərar 2021-ci il 6 iyulda qüvvəyə minməlidir.

"Deyə bilərəm ki, 6 iyul 2020-ci ildə ABŞ Baş katibə Ümumdünya Səhiyyə Təşkilatından çıxması barədə qərar verdiyini bildirib, qərar 6 İyul 2021-ci ildə qüvvəyə minəcək", - Düjarrik deyib.

Nümayəndə ABŞ-ın 21 iyun 1948-ci ildən bəri Ümumdünya Səhiyyə Təşkilatının Nizamnaməsinin tərəfdaşı olduğunu xatırladıb. Onun sözlərinə görə, ABŞ-ın ÜST-ə daxili Ümumdünya səhiyyə assambleyası tərəfindən bu ölkənin sözü gedən səhiyyə təşkilatından lazım olduqda çıxması mümkün olması üçün ABŞ tərəfindən müəyyən edilmiş şərtlərlə qəbul edilmişdir. (Trend)

AzNews.az