Neft ucuzlaşmaqda davam edir

8 İyul 2020 09:30 (UTC+04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2020-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,30% azalaraq 1 barelə görə 42,95 dollar təşkil edib.

AzNews.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,37% azalaraq 40,47 dollar təşkil edib.