Abel Aqanbekyan yol qəzasında ölüb

8 İyul 2020 17:44 (UTC+04:00)

Keçmiş SSRİ-nin lideri Mixail Qorbaçovun iqtisadiyyat üzrə məsləhətçisi Abel Aqanbekyanın 23 yaşlı nəvəsi, kiçik Abel Aqanbekyan Moskvada yol-qəzasında ölüb.

Məlumatı “Rusarminfo” yayıb.

Bildirilib ki, Moskvada Xamovniçesk rayonunda kiçik Abel Aqanbekyan “BMW” markalı idman motoskleti ilə piyadanı vurub. Piyada hadisə yerində ölüb. Aqnbekyanı isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdiriblər. Həkimlər onun həyatını xilas edə bilməyib.

Qeyd edək ki, SSRİ-nin 87 yaşlı məşhur iqtisadiyyatçısı Abel Aqanbekyan Dağlıq Qarabağ münaqişəsinin müəlliflərindəndir. O, 1987-ci ildə Fransada çıxan “Humanite” qəzetinə müsahibəsində Qarabağın Ermənistana veriləcəyi ilə bağlı Mixail Qorbaçovla danışıb, razılaşdıqlarını bildirimişdi. (Report)

AzNews.az