Təxirə salınmış müsahibələrin keçirilmə qrafiki açıqlandı

8 İyul 2020 18:21 (UTC+04:00)

Koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi nəzərə alınaraq, vətəndaşların dövlətin idarə edilməsində iştirak hüququnun təmin edilməsi və dövlət orqanlarının kadr tələbatının ödənilməsi, eyni zamanda müsahibələrdə insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək məqsədilə 18 mart 2020-ci il tarixindən etibarən təxirə salınmış 17.09.2019-cu il və 13.01.2020-ci il tarixli müsabiqə elanları üzrə müsahibələrin onlayn qaydada təşkil edilməsi nəzərdə tutulub.

AzNews.az xəbər verir ki, namizədlər onlayn müsahibələrə xüsusi proqram təminatı vasitəsilə Mərkəzin Bakı şəhərində və regionlarda yerləşən müvafiq inzibati binalarından qoşulacaqlar. Namizədlər üçün onlayn müsahibələrin keçirilmə qrafiki hazırlanmış və Mərkəzin internet portalında yerləşdirilib.

Müsahibələrin 13 iyul 2020-ci il tarixindən başlanılması nəzərdə tutulur. Müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan (17.09.2019, 13.01.2020) əldə edə bilərlər.