Çeçenistanda toyların keçirilməsinə icazə verildi

8 İyul 2020 19:25 (UTC+04:00)

Çeçenistan Respublikasında toy mərasimlərinin keçirilməsi üçün banket zallarının fəaliyyətinə bu gündən icazə verilib.

AzNews.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ramzan Kadırov Vkontakte hesabında açıqlama verib: "Müsbət dinamikanı nəzərə alaraq, sosial məsafə tədbirlərinə riayət etməklə toyların keçirilməsi üçün üçün banket zallarının açılmasını qərara aldım".

Onun sözlərinə görə, belə məkanlarda oturacaq və masaların sayı yarıya endirilməlidir. Bununla yanaşı məsul qurumlara fərdi qoruyucu vasitələrin geyilməsinə dair qaydalara əməl olunmasına nəzarətin gücləndirilməsi tapşırılıb.

"Xəstəlik yoxa çıxmayıb, təhlükə hələ də qalmaqdadır. Buna görə hər kəs özünü və yaxınlarını qorumaq üçün vətəndaş məsuliyyətini göstərməlidir",-deyə Kadırov qeyd edib.

Xatırladaq ki, Çeçenistanda koronavirusun yayılması səbəbilə aprel ayından etibarən kütləvi toy mərasimlərinin təşkili qadağan olunmuşdu.