“Tottenhem”in futbolçusuna 4 oyunluq cəza

8 İyul 2020 23:32 (UTC+04:00)

İngiltərənin “Tottenhem” klubunun futbolçusu Erik Dayer cəzalandırılıb.

AzNews.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası 26 yaşlı futbolçunu 4 oyunluq diskvalifikasiya edib.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Dayer həmçinin 40 min funt-sterlinq məbləğində də cərimələnib.

Dayerin cəzalanmasına səbəb, İngiltərə kubokunun 5-ci mərhələsində “Norviç”lə matçdan (1:1, penaltilər 3:4) sonra tribunaya qalxaraq, azarkeşlə mübahisə etməsi olub.