Rusiyanın mərkəzində 32 nəfər ölüb - Dünən

9 İyul 2020 09:00 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 32 nəfər ölüb.

"TASS"ın yaydığı məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 32 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, Moskvada koronavirusdan ölənlərin ümumi sayı 4 059 nəfərə çatıb.

AzNews.az