Məsut Özilin “Arsenal”dan gedəcəyi vaxt bəllidir

9 İyul 2020 15:00 (UTC+04:00)

Almaniya millisinin sabiq futbolçusu Məsut Özilin çıxış etdiyi İngiltərə “Arsenal”ından ayrılacağı vaxt müəyyənləşib.

Məlumata görə, 32 yaşlı yarımmüdafiəçi gələn ilin yayında müqaviləsi başa çatandan sonra London təmsilçisini tərk edəcək.

Azad agent statusu alacaq futbolçu karyerasını davam etdirə biləcəyi ölkələrlə bağlı da qərar verib. Özil Türkiyə və ABŞ klublarından birinə keçəcək.

Qeyd edək ki, Özil 2013-cü ildən “Arsenal”ın şərəfini qoruyur. (Apasport.az)

AzNews.az