Seul meri itkin düşdü

9 İyul 2020 19:23 (UTC+04:00)

Cənubi Koreyanın paytaxtı Seulun şəhər rəhbəri Pak Von Sun itkin düşüb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, polis merin telefonundan gələn sonuncu siqnalı Sunqbuk bölgəsində qeydə alıb. Daha sonra Sunun telefonu söndürülüb. Şəhər rəhbərinin qızının sözlərinə görə, atası evdən çıxmazdan əvvəl vəsiyyətə bənzər səsli mesaj göndərib. Sunun axtarışları üçün dronlardan və xidməti itlərdən istifadə olunur.

Xatırladaq ki, bəzi KİV-də Pak Von Sunun cəsədinin tapıldığı yazılsa da, Cənubi Koreya hökuməti məlumatı təkzib edib.

Qeyd edək ki, prezident Mun Çje İnin Liberal Demokratik partiyasının üzvü olan Pak Von 2011-ci ildən Seulun meridir. O, 2022-ci il seçkilərində prezidentliyə əsas namizədlərdən biri sayılır.