Mərakeşdə fövqəladə sanitar vəziyyət avqustadək uzadılıb

9 İyul 2020 20:43 (UTC+04:00)

Mərakeş hökuməti koronavirus pandemiyasına qarşı mübarizə aparmaq məqsədilə martın 20-dən tətbiq olunan fövqəladə sanitar vəziyyət rejimini avqustun 10-dək uzatmaq qərarına gəlib.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə “360” informasiya portalı ölkənin Nazirlər Kabinetindəki mənbələrə istinadən məlumat yayıb.

“Fövqəladə sanitar vəziyyət rejimi daha bir ay uzadılır. Rejim avqustun 10-dan əvvəl bitməyəcək”, - mənbə deyib.