Ukraynada COVID-19-a yoluxanların sayı 52 mini ötdü

10 İyul 2020 12:30 (UTC+04:00)

Ukraynada son sutkada daha 819 nəfər koronavirusa yoluxub.

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Aparatının koronavirusun yayılmasına dair monitorinq sistemi məlumat yayıb.

Ölkədə COVID-19-a yoluxanların sayı 52 043 nəfərə çatıb.

Son sutkada 18 nəfər virusun qurbanı olub. Bununla da ölənlərin sayı 1 345 nəfərə yüksəlib.

Koronavirusa yoluxan 24 800-dən çox pasiyent sağalıb. (Report)

AzNews.az