Suraxanıya yeni prokuror müavini təyin olundu

10 İyul 2020 13:00 (UTC+04:00)

Prokurorluq orqanlarında yeni kadr dəyişikliyi olub.

Əldə edilən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlə Vüqar Hüseynov Bakı şəhəri Suraxanı rayon prokurorunun müavini vəzifəsinə təyin edilib.

Faktı Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiq ediblər. (Trend)