Bu ölkədə koronavirusa gündəlik yoluxma rekord həddə çatdı

10 İyul 2020 14:00 (UTC+04:00)

Yaponiyanın paytaxtı Tokioda son 24 saat ərzində 240-dan çox koronavirusa yoluxma halı qeydə alınıb.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu, paytaxtda gündəlik qeydə alınan rekord yoluxma halıdır.

Yoluxanların əksəriyyəti gecə klublarına gedən 22-40 yaşlı şəxslərdir.

Qeyd edək ki, Yaponiyada COVİD-19-a yoluxmuş insanların ümumi sayı 21 000 nəfəri ötüb, 995 nəfər ölüb. Təxminən 18 000 nəfər virusdan sağalıb və 36 nəfər intensiv terapiya şöbələrində müalicəsini davam etdirir.

Pərvanə