FIFA mövcud cəzanı daha da sərtləşdirdi

31 May 2013 20:13 (UTC+04:00)
FIFA stadionlarda irqçilik təzahürlərinə görə cəzanı sərtləşdirib.

Trend-in verdiyi məlumata görə, bu barədə qərar FIFA-nın Mavrikidə keçirilən konqresində qəbul edilib.

Yeni qaydalara əsasən, irqçilik təzahürlərinə görə klubların xalları silinəcək. Klub və ya azarkeşlər tərəfindən bu mənfi hal təkrarlanarsa, komanda qitə birincilikləri daxil olmaqla turnirlərdən kənarlaşdırıla bilər.
Oyunçular və futbol başbilənləri isə ən azı beş matç diskvalifikasiya ediləcəklər. Onlara bu müddət ərzində futbol stadionlarında olmaq qadağan ediləcək.

AzNews.az