“Karantinin 60 gün uzadılması hələ ki, şayiədir”

10 İyul 2020 19:53 (UTC+04:00)

“Karantin rejiminin daha 60 gün uzadılması hələ ki, şayiə xarakteri daşıyır”.

AzNews.az xəbər verir ki, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, dövlətlə vətəndaşlar arasında şəffaf dialoq var: “Qərarlar öncədən vətəndaşlara bildirilir. Hər birimizin istəyi odur ki, karantin rejimindən tez çıxaq”.