Aya Sofyanın muzeydən məscidə çevrilməsi təsdiqləndi

10 İyul 2020 21:09 (UTC+04:00)

Türkiyə Dövlət Şurası məhkəməsinin 10-cu palatası Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verib.

AzNews.az Türkiyə mediasına isitnadən xəbər verir ki, 10-cu palata məbədin muzeyə çevrilməsi ilə bağlı Nazirlər Kabinetinin 24 noyabr 1934-cü il tarxili qərarını ləğv edib. Bildirilib ki, Aya Sofya Fatih Sultan Mehmet Han Vəqfinin mülkiyyətindədir və məscid olaraq ictimaiyyətin xidmətinə təqdim edilib.

Prezident Rəcəb Tayyib Ərdoğan da məhkəmə qərarını təsdiqləyib. Ərdoğan Aya Sofyanın Diyanət İşləri Nazirliyinin tabeliyinə verilərək ibadətə açılması ilə bağlı qərarı “xeyrili olsun” yazaraq sosial şəbəkədə paylaşıb.