Ermənilər ölkələrini niyə tərk edir?
31 May 2013 20:40 (UTC+04:00)
Ermənistanın Sevan gölü sahilindəki Tsovagyuğ qəsəbəsində əhalinin yarısı ölkəni tərk edib.
Qəsəbə sakinlərinin sözlərinə görə, 120-dən çox adam iş məqsədiylə xaricə gediblər.
Bir Rus vətəndaşının qəsəbəyə gələrək Rusiyanın Karelia bölgəsindəki tikintidə işlətmək üçün 400 adam yığdığını deyən yerlilər, qalanlarının isə işçi olaraq xaricə getdiyini lakin geri dönmədiklərini deyiblər.
Millət vəkili Aram Manukyan hər gün yüzlərlə adamın xaricdə işləmək üçün Ermənistanı tərk etdiyini açıqlayıb.//qafqazinfo//
AzNews.az