Bu küçədə hərəkət məhdudlaşdırılacaq

11 İyul 2020 13:43 (UTC+04:00)

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Xətai rayonu Sabit Orucov küçəsində iyul ayının 11-dən 12-nə keçən gecədən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

AzNews.az xəbər verir ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərə alternativ olaraq Xocalı prospekti və Afiyəddin Cəlilov küçəsindən istifadə etmələri tövsiyə olunur.