Rusiyada daha 6611 yoluxma, 188 ölüm

11 İyul 2020 18:12 (UTC+04:00)

Rusiyada son sutka ərzində koronavirusa 6 611 yoluxma halı qeydə alınıb.

AzNews.az-ın məlumatına görə, daha 188 nəfər xəstəlikdən vəfat edib. Bununla da, pandemiyaya yoluxanların sayı 720 547 nəfərə, ölənlərin sayı isə 11 205 nəfərə çatıb.

497 446 nəfər COVID-19-dan sağalıb. Hazırda ölkədə 211 896 nəfər aktiv xəstə var.