Stalinin nəvəsi babasının şərəf və ləyaqətini qoruyacaq

31 May 2013 21:35 (UTC+04:00)
İosif Stalinin nəvəsi Yevqeni Cuqaşvili Leonid Qozmana qarşı cinayət işinin açılması üçün polisə müraciət edib.



Keçmiş SSRİ-nin liderinin nəvəsi Qozmanı babasını təhqir etməkdə günahlandırır.

Rusiya mətbuatının məlumatına görə, Qozman telekanallardan birində iştirak etdiyi proqramda 1944-cü ildə çeçen aulu olan Heybaxda baş verən hadisələri şərh edib. Bu zaman o, Stalin barədə kəskin ifadələr işlədərək onu hətta Hitlerlə müqayisə edib. Qozman aulda 200-dən 600-dək insanın vəhşicəsinə qətlə yetirildiyini bildirməklə Stalinin nəvəsinin qəzəbinə tuş gəlib.

Qozman isə öz nöbvəsində məhkəmədən çəkinmədiyini və qalib gələcəyinə əmin olduğunu bildirib.

Elnarə
AzNews.az