Azərbaycanda baş həkim koronavirusdan vəfat etdi

11 İyul 2020 22:26 (UTC+04:00)

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

AzNews.az xəbər verir ki, Sumqayıt şəhəri Ruhi-Əsəb Xəstəlikləri Dispanserinin baş həkimi Əhməd Şirinov koronavirusun qurbanı olub.

Bu barədə məlumatı Ə.Şirinovun yaxınları sosial şəbəkədə paylaşıblar.