Türkiyə qan içində- FOTOSİLSİLƏ

1 İyun 2013 07:50 (UTC+04:00)


Türkiyənin İstanbul şəhərində Gezi parkında yaşıllıqların qırılmasına etiraz olaraq keçirilən aksiyada polisin güc tətbiq etməsi 100-dən çox insanın yaralanması ilə nəticələnib. İstanbulla yanaşı Ankara, İzmir kimi şəhərlərdə də aksiyaçılarla polis arasında toqquşma baş verib.

Türkiyədə yaşanan bu olaylara dünyanın bir sıra ölkələrindən, o cümlədən Amerikadan sərt reaksiya gəlib. Amerika polisin aksiyaçılara qarşı həddindən artıq zorakılıq nümayiş etdirməsindən təəssüfləndiyini ifadə edib.


Elnarə
Fotoların müəllifi: Bəxtiyar Hacıyev
AzNews.az