COVID-19 çimərlikdə yoluxmur

12 İyul 2020 14:26 (UTC+04:00)

Yeni növ koronavirus (COVİD-19) çimərlikdə çimən zaman yoluxmur.

AzNews.az-ın "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstehlakçıların Hüquqları və Mənafelərinin Qorunması Sferasında Federal Xidməti (Rospotrebnadzor) məlumat yayıb.

Xidmət nəzərə çatdırıb ki, çimərkən koronavirusdan qorxmamaq lazımdır, virus suda ölür: “Açıq su məkanları koronavirus infeksiyasının yoluxma mənbəyi sayıla bilməz. Açıq su məkanlarında Günəş şüaları virusu məhv edir. Belə yoluxma halı da indiyə qədər qeydə alınmayıb ”.