ABŞ-da tornado: ölənlər var

1 İyun 2013 07:07 (UTC+04:00)
ABŞ-ın Oklahoma ştatında güclü qasırğa nəticəsində 12 mindən çox ev işıqsız qalıb. Bu barədə CNN telekanalı xəbər verir.

Qasırğanın ziyan vurduğu şəhərlərdən biri də ştatın inzibati mərkəzi Oklahoma-Siti olub. Şəhərdəki beynəlxalq aeroportdan təxliyyə işlərinə başlanıb.

Yerli KİV dağıntılar və xəsarət alanlar barədə məlumat verir. Oklahomada qasırğa nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. Bu barədə məlumatı isə News9 telekanalı yayıb.

Qeyd edək ki, ötən həftə güclü qasırğa nəticəsində Oklahoma ştatının Mur şəhərində 24 nəfər həlak olmuş, mindən çox ev ziyan görmüş və ya dağılmışdı.

AzNews.az