Azərbaycanda indiyədək 568234 koronavirus testi aparılıb

12 İyul 2020 19:02 (UTC+04:00)

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar hazırkı dövrədək aparılan testlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzNews.az-a verilən məlumata görə, ölkədə ümumilikdə 568234, son sutka ərzində isə 7878 test aparılıb.