İranda son sutkada virusdan 194 nəfər dünyasını dəyişib

12 İyul 2020 19:27 (UTC+04:00)

İranda son sutka ərzində 194 nəfər Covid-19-dan dünyasını dəyişib, 2186 nəfər isə virusa yoluxub.

AzNews.az xəbər verir ki, bununla da İranda pandemiyadan ölənlərin sayı ümumilikdə 12 829-a, yoluxanların sayı isə 257 303-ə çatıb.

219 993 nəfər isə koronavirusa qalib gəlib.