Daha 235 Azərbaycan vətəndaşı Rusiyadan təxliyə olunub

12 İyul 2020 22:01 (UTC+04:00)

Bu gün daha 235 nəfər Rusiyadan Azərbaycana təxliyə olunub.

Bu gün Moskvanın "Domodedovo" hava limanında 235 Azərbaycan vətəndaşı "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) Bakı-Moskva-Bakı reysi ilə vətənə yola salınıb.

Yerli vaxtla saat 16.00-da Moskvadan havaya qalxan təyyarə saat 20.00-da Bakının Heydər Əliyev adına Beynəlxalq Hava limanına enəcək. (apa)