Gecə tava və qazanlarla etiraz aksiyası

1 İyun 2013 07:12 (UTC+04:00)
Türkiyənin İstanbul şəhərində Taksim meydanında aksiyaçılarla polis arasında baş verən toqquşmadan sonra gərginlik davam edir. Etiraz aksiyaları gecə saatlarında da Taksim meydanı, İstiqlal caddəsi, Tarlabaşı bulvarı və Harbiyədə davam edib.

Gecə saat 3 radələrində küçələrə çıxan qruplar taksimə doğru yürüş edib. Saat 5-də isə onlar yolu bağlayaraq nəqliyyatın hərəkətini dayandırıblar.
Gecə küçələrə çıxan sakinlər əllərində türk bayraqları daşıyıb.

Gezi parkı aksiyasına tava və qazanları bir-birinə vuraraq dəstək verən sakinlərə başqa şəhərlərdən də dəstək aksiyaları təşkil olunub. Aksiyalarda polislə baş verən toqquşmada 100-dən artıq şəxsin yaralandığı bildirilir.

Elnarə
AzNews.az