Türkiyədə bu gün koronavirusdan 19 nəfər ölüb

12 İyul 2020 23:14 (UTC+04:00)

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 19 nəfər ölüb.

AzNews.az-ın xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 45 232 şübhəli koronavirus testindən keçib, onlardan 1012-nin cavabı pozitiv çıxıb. Bu gün daha 1298 xəstə sağalıb.

Türkiyədə indiyədək 212 993 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5363 nəfər ölüb, 194 515 nəfər müalicə olunaraq evə buraxılıb.

Nazir qeyd edib ki, infeksiyaya ən yüksək yoluxma sayına görə İstanbulla Ankara yenə ilk sıradadır. Konya, Diyarbəkir və Bursa da ilk beşliyə daxildir.