Suraxanıda yanğın olub

13 İyul 2020 09:45 (UTC+04:00)

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 10 kv.m olan təkər təmiri sexinin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.