Kubalı həkimlər koronavirusla mübarizə üçün Bakıya gəlir

13 İyul 2020 10:00 (UTC+04:00)

COVİD-19 virusu ilə mübarizə aparmaq üçün 115 kubalı tibb mütəxəssisi Azərbaycana göndərilib.

Məlumata görə, bu barədə Kubanın Xarici İşlər naziri Bruno Rodriges deyib.

Nazir bildirib: "Bu gün bizim 115 mütəxəssisimiz COVID-19 ilə mübarizəyə kömək etmək üçün Azərbaycana göndərilir. Briqada pandemiyaya qarşı mübarizədə Kubanın təcrübəsini bölüşəcək".

B.Rodrigesin sözlərinə görə, ümumilikdə, bu gün Kubanın tibb mütəxəssisləri dünyanın 20-dən çox ölkəsində pandemiya ilə mübarizəyə yardım göstərir. (Trend)

AzNews.az