Haaqa məhkəməsi diktatorun oğlunu tələb edir

1 İyun 2013 07:40 (UTC+04:00)
Haaqa beynəlxalq tribunalı Liviyanın keçmiş diktatoru Muəmmar Qəddafinin oğlu Səif əl- İslamı tələb edir.

Məhkəmə onu Liviyada baş verən vətəndaş müharibəsində törətdiyi cinayətlərə görə mühakimə edəcək.

Liviya tərəfi isə Qəddafinin oğlunun beynəlxalq məhkəmədə yox, ölkədə mühakimə edilməsinə tərəfdardır. Buna görə də hələlik Haaqa tribunalının tələbinə müsbət cavab verilməyib.

Elnarə
AzNews.az