Azərbaycanın Qazaxıstandakı səfirliyində dövlət bayrağı endirilib - VİDEO

13 İyul 2020 14:20 (UTC+04:00)

Koronavirus pandemiyasının qurbanı olmuş vətəndaşların xatirəsinə 13 iyul tarixinin Qazaxıstan Respublikasında ümumxalq hüzn günü elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bu ölkədəki səfirliyində dövlət bayrağı endirilib.

Bu barədə səfirlikdən bildirilib.

“Səfirlik qardaş Qazaxıstan xalqına başsağlığı verir. Qardaş Qazaxıstan xalqı ilə həmrəyliyin əlaməti olaraq səfirlikdə dövlət bayrağı yarıyadək endirilib”, - diplomatik missiyadan vurğulanıb. (Report)