KTMT-nin təcili iclası təxirə salındı

13 İyul 2020 17:17 (UTC+04:00)

Bunu Təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov açıqlayıb.

“İclas tərəflər arasındakı əlavə konsultasiyanın aparılması, həmçinin müzakirənin aparılacağı formatın müəyyənləşdirilməsi səbəbilə ertələnib”, - V.Zaynetdinov bildirib.

Qeyd edək ki, bu gün KTMT-nin baş katibi Stanislav Zas Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurma ilə əlaqədar Daimi Şuranın təcili iclasını çağırmışdı. (Report)

AzNews.az