“Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur” - MN

13 İyul 2020 18:21 (UTC+04:00)

"Məlumat həqiqəti əks etdirmir. Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur".

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi bildirib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın feysbuk səhifəsində guya Azərbaycan Ordusunun Çinari kəndini 82 mm və 120 mm-lik minaatanlardan atəşə tutması, nəticədə mərmilərdən birinin evə dəyməsi və yaralıların olmaması barədə məlumat yayılmışdı.