İranlı deputat koronavirusdan öldü

13 İyul 2020 20:28 (UTC+04:00)

İran parlamentinin deputatı İsa Cəfəri koronavirusdan dünyasını dəyişib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Milli Məclisinin mətbuat xidmətinin məlumatında deyilir.

Cəfəri bu ilin fevralında keçirilən 11-ci çağırış parlament seçkilərində qalib gəlib və vəzifəsinə mayın sonunda başlayıb. Deputat Planlaşdırma və büdcə komitəsinin üzvü idi. O, 8-ci çağırışda (2008-2012) da millət vəkili olub.