Qazaxıstan məhdudiyyətləri iyulun sonuna qədər uzadacaq

13 İyul 2020 21:14 (UTC+04:00)

Qazaxıstanda koronavirusa yoluxma hallarının artması səbəbindən tətbiq edilən karantin rejimi ilə bağlı məhdudiyyətlər daha iki həftə - iyulun sonunadək artırılacaq.

AzNews.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev məlumat verib.

Daha əvvəl Qazaxıstan hökumətinin mətbuat xidməti ölkədə epidemioloji vəziyyətin ağırlaşması və koronavirusa yoluxma hallarının artması nəzərə alınmaqla, iyulun 5-dən etibarən respublikada müddəti uzadılma ehtimalı ilə ikihəftəlik karantin rejimi tətbiq edildiyini bildirmişdi.

“Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar karantin rejimi daha iki həftə - iyulun sonuna qədər uzadılacaq. Sabah hökumət komissiyası qərar verəcək. Karantin vətəndaşların sərt özünümüdafiə tədbirlərinə riayət etməsi halında onların sağlamlığını qorumaq üçün lazımdır”, - Tokayev deyib.

Qeyd edək ki, respublikada koronavirusa yoluxanların ümumi sayı 59,8 min nəfərdən çoxdur. Sağalan xəstələrin sayı isə 34 mindən çoxdur. Ölkədə koronavirusdan 375 ölüm hadisəsi qeydə alınıb.