Koronavirusa yoluxanların sayı 13 milyonu keçdi

14 İyul 2020 09:00 (UTC+04:00)

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 13 milyon nəfəri keçib.

"TASS"ın yaydığı məlumata görə, bu barədə Con Hopkins Universitetinin hesabatında deyilir.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 13 006 764 nəfərə çatıb. Onlardan 570 776 nəfəri vəfat edib.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (3 346 246) və Braziliyada (1 864 681) qeydə alınıb.

AzNews.az