Ermənilər Tovuzun kəndlərini atəşə tutdu - Ölən var

14 İyul 2020 13:30 (UTC+04:00)

Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub.

Məlumata görə, erməni hərbi birləşmələrinin Tovuz rayonunun Ağdam kəndini atəşə tutması nəticəsində kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu həlak olub. Erməni hərbçiləri Azərbaycan kəndlərini atəşə tutmaqda davam edir. (Trend)