Ukrayna səfiri Ermənistan XİN-nə dəvət edilib

14 İyul 2020 18:12 (UTC+04:00)

Bu gün Ukraynanın Ermənistandakı səfiri İvan Kuleba işlədiyi ölkənin Xarici İşlər Nazirliyinə dəvət olunub.

Ermənistan Xarici İşlər Nazirliyinin bu barədəki açıqlamasında bildirilir:

“Ukrayna səfirini qəbul edən xarici işlər nazirinin müavini Şavarş Köçəryan ona Ukrayna Xarici İşlər Nazirliyinin Ermənistan – Azərbaycan sərhədindəki gərginliklə bağlı bəyanatına dair Ermənistan XİN-in mövqeyini təqdim edib”.

Xatırladaq ki, iyulun 13-də Ukrayna Xarici İşlər Nazirliyi bu məsələnin Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə əsaslanan siyasi həllinə tərəfdar olduqlarını bildirib. (Report)

AzNews.az